Sərbəst güləşçilərimiz Yaşar Doğunun xatirə turnirində yarışacaq

Martın 10-12-də İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunmuş sayca 45-ci beynəlxalq turnir keçiriləcək. Turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edəcəklər.

Etikxeber.az xəbər verir ki, baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandamızın 5 üzvü turnirdə mübarizə aparacaq.

Heyətdə Mahir Əmiraslanov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), İbrahim Usubov (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edəcək.

Turnirin proqramına əsasən, martın 10-da 57 və 70, martın 11-də 61, 74 və 125, son yarış günündə isə 65, 86 və 97 kiloqram çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.

Etikxeber.az

Read Previous

Azərbaycan Ümumrusiya Teatr Festivalında təmsil olunacaq

Read Next

“Mehmandan da kəskin yaradıcılıq üslubu olan jurnalistlər var ki…” – AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir