“Sərhəd mühafizə orqanları dövlət sərhədlərimizin qorunması sahəsində vəzifələrini şərəflə yerinə yetirəcək” – PREZİDENT

Ölkə prezidenti İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə təbrik məktubu ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli sərhədçilər!

Sizi Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasi¬bətilə təbrik edirəm.

1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriy-yətinin parla¬menti tərə¬fin¬dən qəbul olunmuş qanunla ilk sərhəd mü¬hafizə orqanları yara¬dılmış və bununla da Azər¬bay¬can Sərhəd Mü¬hafi¬zəsinin əsası qoyulmuşdur.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyin əsas atributlarından olan dövlət sərhədlərinin qorunması, eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində pozulmuş sərhədlərimizin bərpası dövlətimiz qarşısında duran ən vacib vəzifəyə çevrilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin dövlət sər¬hədlərinin mü¬hafizəsinə xüsusi önəm vermiş və 2002-ci il iyulun 31-də Dövlət Sərhəd Xidmətini ya¬ratmaqla Azərbaycan Sərhəd Mühafizəsinin gələcək inkişaf yolunu müəy¬yən etmişdir.

Ümummilli lider Heydər Əliyevin sərhədlərin mühafizəsi məsələlərinə göstərdiyi xüsusi diqqət bu gün də davam etdirilir. Son illər ərzində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilmiş, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilmiş, dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılmışdır. Sərhəd Qoşunlarının döyüş hazırlığı və maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il iyunun 12-də imzaladığı Sərəncamla Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması bu sahədə peşəkar, Vətəninə və dövlətinə sadiq kadrların hazırlanması işinə böyük töhfə vermişdir.

Hazırda Dövlət Sərhəd Xidməti çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir silah və texniki vasitələrlə təchiz edilmiş, sərhədlərin toxunulmazlığının təmin edilməsi sahəsində üzərinə qoyulan vəzifələri icra etməyə qadir mühüm dövlət təsisatıdır.

Sərhəd mühafizə orqanları əməkdaşlarının sosial mü-dafiəsinin gücləndirilməsi və xidmətlərinə görə mükafatlandırılması məsələləri daim dövlətimizin diqqət mərkəzindədir.

Əminəm ki, sərhəd mühafizə orqanlarının şəxsi heyəti dövlət sərhədlərimizin qorunması sahəsində mühüm vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcəkdir.

Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətçiliyimiz üçün önəmli fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Etikxeber.az

Read Previous

“YEDDİ PARA – YAĞLIVƏND” – BAHAR MURADOVA HƏM YAZDI, HƏM ÇAĞIRIŞ ETDİ

Read Next

“Qarabağ” Premyerliqanın yeni mövsümünə – QƏLƏBƏ İLƏ BAŞLADI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir