Sərhəddə yenidən gərginlik – BİR NƏFƏ ÖLDÜ, 13 NƏFƏR YARALANDI

Qırğızıstan-Tacikistan sərhədində yenidən gərginlik yaşanır.

Etikxeber.az xəbər verir ki, ötən gün axşam saatlarında sərhədin Batken vilayəti ərazisində baş verən yeni qarşıdurmada bir hərbçi ölüb, 13 adam müxtəlif dərəcədə xəsarət alıb.

Onların da yeddisi hərbçi, altısı mülki vətəndaşlardır. Yaralananlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəsarət alanlar Qırğızıstanın İsfanı şəhər xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların hamısı Qırğızıstan vətəndaşlarıdır.

Qırğızıstanın Baş naziri Muxammedkalıy Abılqaziev təcili olaraq Batken vilayətinə gedib, sərhəddə yaşayan vətəndaşlarla görüşüb, xəstəxanada olan yaralılara baş çəkib.

Etikxeber.az

Read Previous

QDİƏT PM-in komitə iclası başlayır – PARLAMENTİ AMAŞOV TƏMSİL EDƏCƏK

Read Next

BMT Baş Assambleyası 74-cü sessiyasına strart verir – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir