“Sərhədsiz reportyorlar”ın 80 nəfər yerli və xarici jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır…”-PREZİDENTİN KÖMƏKÇİSİ

Sərhədsiz reportyorlar təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi.

Etikxeber.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

“Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir”-deyə, o, əlavə edib.

Etikxeber.az  

Read Previous

“Onlar sülh ssenarisini istəyirdilər: Lakin onlar görəndə ki, demək olar 30 ildir sülh ssenarisi yoxdur və Ermənistanın yeni hökuməti bəyanatlarla, əməllərlə prosesi faktiki olaraq məhv edir, düşünürəm ki, onlar hərəkətə keçməli idilər…”-İLHAM ƏLİYEV “EFE”-YƏ MÜSAHİBƏ VERDİ – FOTOLAR

Read Next

“Biz danışmağa başlasaq, “sandığı açıb, pambığı töksək”, o zaman çoxları gizlənməyə deşik belə tapmazlar və tapmayacaqlar…”-JALƏ ƏLİYEVA PREZİDENTİN “EFE”-YƏ MÜSAHİBƏSİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir