Şərq aləmində parlamentarizmin bünövrəsi Azərbaycanda qoyulub – KOMİTƏ SƏDRİ – YENİLƏNİB (2)

Mayın 1-də Milli Məclisin (MM) Gənclər və idman komitəsi, həmçinin, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və adıçəkilən partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə parlamentdə “Heydər Əliyev milli parlamentarizmin banisidir: Gənclərin gözü ilə” adlı Dəyirmi masa öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, Dəyirmi masanı açan MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov  bildirib ki, tədbirə ölkənin fəal gəncləri dəvət olunublar.
fuad
 
Onun sözlərinə görə, gənclər təbdirdən  ilk öncə MM-də Heydər Əliyev Muzeyi ilə tanış olub, onun parlamentdəki büstünü ziyarət ediblər.
 
“Azərbaycanda parlamentarizm ənənələri çoxdan mövcuddur. Hələ ötən əsrin əvvəllərində Şərq aləmində parlamentarizmin bünövrəsi Azərbaycanda qoyulub. Yəni, Azərbaycan parlamentarzminin az yaşı yoxdur. 
 
Azərbaycan parlamentarizm tarixində ümummilli lider Heydər Əliyevin də rolu əvəzsiz və müstəsnadır. Bu rolun, bu irsin öyrənilməsi, tədqiq edilməsi,  ondan bəhrənilməsi isə çox vacibdir, xüsusilə də, gənclərimiz üçün”-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.
***
melaht_brahimqz
“Keçmiş Ali Sovetdə  yaşananlar çoxlarımızın, o dövrün şahidlərinin yadındadır: sanki parlament deyildi, təhqir, bir-birinə qarşı hörmətsizlik baş alıb-gedirdi…”- MƏLAHƏT İBRAHİMQIZI
Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə bildirib ki, müasir və müstəqil Azərbaycan H. Əliyevin şah əsəridir.
 
“Bu, nəinki bizdə belə qəbul olunur, dünyanın hər bir yerində də bu cür qəbul edilir. Müasir və müstəqil Azərbaycan Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti, müdrik siyasəti nəticəsində də Azərbaycanda milli parlamentarizmin bünövrəsi qoyuldu. Sizlər, buradakı gənclər o vaxtkı hadisələrin bəlkə də şahidi olmamısınız. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda çox gərgin bir vəziyyət hökm sürürdü. O zaman Heydər Əliyevə də Bakıda yaşamaq imkanı verilmədiyi üçün, o, öz doğma yurduna-Naxçıvana üz tutmalı, orada yaşamalı oldu. 
 
Həmin vaxtlar Azərbaycanda keçmiş Ali Sovetdə də yaşananlar çoxlarımızın, o dövrün şahidlərinin yadındadır. Sanki parlament deyildi, təhqir, bir-birinə qarşı hörmətsizlik baş alıb-gedirdi…Ancaq 1993-cü ildə Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə yenidən Bakıya, hakimiyyətə dönüşü ilə hər şey yoluna qoyuldu, istər Azərbaycan dövləti üzləşdiyi təhlükələrdən xilas olundu, istərsə də milli parlamentarizmin əsası qoyuldu…”-deyə, M. İbrahimqızı daha sonra qeyd edib.
***
Seymur Orucov
“Bu,  həm də gələcəyin siyasətçiləri, gələcəyin kadrları olacaq gənclər üçün bir təcrübədir” – Seymur ORUCOV
YAP Gənclər Birliyinin sədri Seymur Orucov öz növbəsində bildirib ki, onlar ilk öncə spiker Oqtay Əsədova minnətdardırlar ki, parlamentin qapısını gənclərin üzünə belə geniş açıb:
“Bu,  həm də gələcəyin siyasətçiləri, gələcəyin kadrları olacaq gənclər üçün bir təcrübədir”.
 O, deyib ki, gənclər də Azərbaycanın inkişafı üçün əllərindən gələni və gəlməyəni etməlidirlər.
***
ulvi
“Bu, bizim hər birimizin fəxridir…” – ÜLVİ QULİYEV
MM-in Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev 1918-ci ildə Şərq və müsəlman aləmində ilk olaraq, Azərbaycanda müstəqil dövlətin, cümhuriyyətin yaradıldığını xatırladıb və bununla yanaşı, deyib ki, amma bəzi səbəblərdən həmin dövlətin, müstəqilliyin ömrü uzun çəkməyib.
 
“Amma mərhum Heydər Əliyevin gərgin zəhməti və fəaliyyəti nəticəsində Azərbaycan ötən əsrin sonlarında ikinci dəfə müstəqilliyini qazandı, möhkəmləndirdi və bir çox təhlükələrdən xilas edilərək, müasir, inkişaf etmiş bir ölkəyə çevrildi. Bu gün Azərbaycan nəinki bölgənin, regionun, bütövlükdə dünyanın lider dövlətlərindən birinə çevrilib. Bu, bizim hər birimizin fəxridir”-deyə, komitə sədrinin müavini bildirib.
Etikxeber.az
 

Read Previous

Qaradərili futbolcu irqçi təhqirlərə dözə bilmədi və…

Read Next

Prezident incəsənət xadimlərini mükafatlandırdı – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir