“Şərqi Avropa və Orta Asiya təhlükəsizlik sektoruna parlament nəzarəti” – DEPUTATLARIMIZ BU TƏDBİRƏ QATILACAQ

Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin tədbirinə qatılmaq üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə yola düşüblər.

Etikxeber.az-ın xəbərinə görə, deputatlar “Şərqi Avropa və Orta Asiya təhlükəsizlik sektoruna parlament nəzarəti” mövzusuna həsr olunmuş seminarda iştirak edəcək, fikir mübadiləsində ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Səfər sentyabrın 19-da başa çatacaq.

Etikxeber.az

 

Read Previous

“Mançester Yunayted” David de Xea ilə yenidən anlaşdı…

Read Next

Həbibbəyli, Kərimli, Babaxanlı və Hüseynov – DİREKTOR SEÇİLDİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir