Səyyad Arandan din xadimlərinə çağırış: “SOSİAL ŞƏBƏKƏLƏRDƏ FƏAL OLUN”

Din pərdəsi altında gizlənmiş, İslamı gözdən salan qüvvələrin çirkin əməlləri üçün sosial media imkanlarından çox səmərəli şəkildə istifadə edirlər.

Etikxeber.az xəbər verir ki, bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran)  məxsusdur.

S.Salahlı qeyd edib ki, din pərdəsi altında gizlənmiş, İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan, digər dinlərə münasibətlərə ciddi zərbə vuracaq materialları yayan qüvvələrə qarşı din xadimlərimizin, ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə də böyük məsuliyyət düşür:

seyyad_65

“Onlar İslamın, dinimizin gözəlliklərini, insanpərvər dəyərlərini, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərini insanlarımıza sadəcə məsciddən yox, həm də məhz sosial media vasitəsilə çatdırmaqda fəallıq nümayiş etdirməlidirlər”.

O, din xadimlərini sosial medianın gücündən və imkanlarından istifadə edərək, respublikamızda sabitliyi pozmaq istəyən, yüksək dini ideyalar uğrunda mübarizə pərdəsi altında fəaliyyət göstərən qrupların əsl simasının ifşa edilməsində prinsipiallıq və fəallıq nümayiş etdirməyə çağırıb.

Etikxeber.az

Read Previous

Fransada G7 sammiti başlayacaq – SABAH

Read Next

“Radikallar sosial şəbəkələrdə qarayaxma kampaniyası aparır” – ƏLİ ƏHMƏDOV BU DƏFƏ “İFŞA” ÇAĞIRIŞI ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir