Odessanın sabiq meri Mixail Saakaşvili tərəfdarları ilə birlikdə noyabrın 27-də Kiyevdə keçirdiyi mitinqdə Ukrayna hökumətini parlamenti buraxıb, vaxtından əvvəl parlament seçkiləri keçirməyə çağırıb.
Etikxeber.az UNİAN-a istinadən xəbər verir ki, Saakaşvili tərəfdarlarıyla birgə parlamentə etimadsızlıq göstərilməsi məqsədi ilə “Bu qış indiki Radanın sonuncu qışıdır” şüarı altında etiraz mitinqi keçirib.
Mitinqdə Saakaşvili hökumətdən qanunvericilik çərçivəsində indiki parlamenti buraxıb, yeni parlament seçkilərinin vaxtını təyin etməyi tələb edib:
“Çünki bu parlament nə xalqın səsini, nə də beynəlxalq institutların tövsiyələrini eşidir”.
Etikxeber.az