Sabah əsl yaz havası gözlənilir

Xalq təqviminə görə, martın 1-i yazın ilk günü hesab olunur. Sinoptiklərin təqdim etdikləri proqnoz da sabah əsl yaz havası olacağını göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 1-4° isti, gündüz 9-14° isti, Bakıda gecə 2-4°, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza görə, martın 3-dək Abşeron yarımadasında müşahidə ediləcək mülayim yaz havası meteohəsas insanlar üçün əlverişli olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, zəif qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman, çiskin olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Şəhid atası:”Qəhrəman əsgərlərimiz oğlumun qisasını yerdə qoymayacaq” – FOTO

Read Next

“Prezident də narahatdır və belə əməlləri törədənlər ciddi cəzalandırılacaq” – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir