Sabah-10 dekabr 2024-cü il tarixində-CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ OLAN ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FARİZ ŞIXƏLİYEV… – FOTOLAR

Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fariz Şahverdi oğlu Şıxalıyevin doğum günüdür.

Fariz Şıxalıyevin sabah-10 dekabr 2024-cü il tarixində 37 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Sabah Şəhidin Onsuz beşinci doğum günü, mövludu qeyd olunacaq.

Etikxeber.az xəbər verir ki, əslən Şamaxının Qaravəlli kəndindən olan Fariz Şıxalıyev 1987-ci ilin 10 dekabr tarixində Rusiyanın Xabarovsk Vilayətində dünyaya gəlib.

Sonra ailəsi ilə birlikdə yenidən Azərbaycana, Şamaxı rayonuna dönüblər.

1994-2004-cü illərdə Qaravəlli kənd tam orta məktəbində oxuyub.

2006-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb.

Fariz Şıxalıyev 2011-ci ildə Silahlı Qüvvələrin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində Gizir hərbi rütbəsi altında xidmətə başlayıb.

2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarında xidmətini davam etdirib.

2016-cı ilin Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində döyüşüb. 

İkinci Vətən Müharibəsi zamanı isə Füzuli,Cəbrayıl, Xocavənd, Qubadlı  və Zəngilan istiqamətində gedən döyüşlərdə  iştirak edib.

Və Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına Şəhid olub. 

Oktyabrın 29-da Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda”“Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 Fariz həm də ailəli olub.

Bir oğlan övladı Vətənə əmanət qalıb.

Eyni zamanda, Fariz Şıxalıyevin bibisi oğlu-20 yaşlı Yalçın Rəhimov da İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 37 yaşı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mingəçevirli Şəhid qardaşlardan Tural Həsənovun bu gün Anım Günüdür-ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Hüseyn Şəhid olan gün, sentyabrın 29-da yoldaşım işdə idi…İş yeri də Şəhidlər Xiyabanı ilə üzbəüzdür…Görüb ki, Şəhidlər Xiyabanında məzar qazılır…Öz-özünə deyib ki, kimdirsə, Allah atasına da, anasına da səbr versin…Bilməyib ki, məzar balası-Hüseyn üçün qazılır…”-MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ HÜSEYN ABBASƏLİYEVİN ATASI ADİL ABBASƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir