Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah bir neçə Şəhidin Cənnətdəki Doğum və Anım günləridir.
Şabran rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Əmirağa Ağayevin sabah-11 fevral 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından dörd il ötür, Beyləqanlı İkinci Qarabağ Savaşı Şəhidi Azər Şükürovun isə Cənnətdəki beşinci doğum günüdür, 31 yaşı tamam olur.
Etikxeber.az xəbər verir ki, Əmirağa Mahir oğlu Ağayev 2002-ci ilin may ayının 29-da Şabran rayonunun Surra kəndində-sadə bir ailədə dünyaya gəlib…
Orta məktəbi bitirəndən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun, cəmi 3 ayın Əsgəri kimi iştirak edib…
Müharibənin 17-ci günündə, oktyabrın 13-də Füzuli rayonu istiqamətində qanlı döyüşlərdən birində Şəhidlik məqamına yüksəlib…
Ancaq onun nəşini uzun müddət əldə etmək mümkün olmayıb…
Nəşi yalnız 4 aydan sonra, 2021-ci ilin fevral ayında tapılıb, ailəsinə təhvil verilib və həmin ayın 11-də Şabran rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Surranın iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir…
Əmirağa ailənin 3 övladından biri, 2 bacının tək qardaşı olub…
O, həm də subay idi…
Şəhidliyindən sonra 4 medalla təltif olunub…
***


Azər Cahid oğlu Şükürov isə 1994-cü ilin fevral ayının 11-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində dünyaya gəlib…
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…
Ondan iki yaş böyük olan bacısı Aytən xanım hazırda ailəlidir və Bakı şəhərində yaşayır…
2001-2010-cu illərdə Birinci Şahsevən kənd Əli Rüstəmov adına 2 saylı tam orta məktəbdə 9 illik təhsil alıb…
2012-2013-cü illərdə Əsgərlikdə olub…
Əsgərliyini başa vurduqdan sonra evinə dönüb, bir müddət Bakı şəhərində işləyib, sonra yenidən Birinci Şahsevənə qayıdıb…
2015-ci ildə ailə həyatı qurub, iki oğlan övladı-Nurlanı və Cahidi dünyaya gəlib…
Nurlan 2016-cı il, Cahid isə 2017-ci il təvəllüdlüdür…
Nurlan hazırda atasının-Azərin valideynlərinin himayəsində yaşayır…
İkinci Vətən Müharibəsi başlayan zaman Azər könüllü şəkildə Vətənin müdafiəsinə atılıb…
Sentyabrın 29-dan döyüşlərdə işirak edib və oktyabr ayının sonlarına yaxın Qubadlı istiqamətində döyüşlərdən birində qəhrəmancasına Şəhid olub…
Noyabrın 3-də isə Şəhidliyi xəbəri ailəsinə, valideynlərinə bildirilib…
Nəşi bir gün sonra-noyabrın 4-də Birinci Şahsevən kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
Azər həm də Birinci Şahsevənin 12 İkinci Vətən Müharibəsi Şəhidindən biridir…
Həmçinin, ana tərəfdən üç yaxın qohumu-Birinci Şahsevəndən olan Elşən Abbasovla Elvin Şirinov, Milabaddan olan Vətən Müharibəsi Qəhrəmanı Elbrus Bayramov İkinci Vətən Müharibəsi Şəhididir…
Şəhidliyindən sonra dörd medalla-“Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…
Məkanları cənnətlik, ruhları şad olsun!
Ruhları qarşısında baş əyirik!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az