Sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək

Oktyabrın 11-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturunun gecə yarımadada 14-17° isti, gündüz 20-23° isti, Bakıda gecə 15-17° isti, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Samboçumuz Yaşar Nəcəfov dünya çempionu oldu

Read Next

26 senyabr referendumu AŞPA Bürosu tərəfindən təsdiqləndi – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir