Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboyun rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səməd Füzuli oğlu Rzayevin doğum günüdür.
Səməd Rzayevin sabah-19 aprel 2025-ci il tarixində 30 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Tatarlı kəndindən olan Səməd Rzayev 1995-ci ilin 19 aprel tarixində sadə bir ailədə dünyaya gəlib.
Ailənin 3 övladından, 2 qardaşdan biri olub.
Tək qardaşı Bəxtiyar hazırda ailəli, bir qız atasıdır və qızı mərhum bacısının-Əfsanənin adını daşıyır.
İllər öncə-2010-cu ildə atasını itirib, anası Zərqələm Kazımova onlara həm analıq, həm də atalıq edib.
Səməd Rzayev orta məktəbi bitirdikdən və hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsində hərbçi-MAXE kimi iştirak edib.
Müharibənin, qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini uzun müddət əldə etmək mümkün olmayıb.
Yalnız iki ay bir gündən sonra nəşi əldə edilib və noyabr ayının 30-da Səfikürd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Anası Zərqələm xanım isə övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.
Səmədin Əbədiyyətə uğurlanmasından bir il keçməmiş tək və ailəli bacısı Əfsanə uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Bir ilin içində Rzayevlər ailəsi, Zərqələm xanım iki itki, iki acı, iki faciə yaşayıb.
Eyni zamanda, Şəhidin dayısının biri Birinci Qarabağ Savaşı Şəhidi, biri isə Birinci Vətən Müharibəsi Qazisidir.
Səməd həm də Səfikürd-Tatarlının 8 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Tatarlı kəndində adını daşıyan küçə var.
Səməd eyni zamanda, subay olub.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 30 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az