Sabah Cənnətdəki beşinci doğum günü, 30 yaşı tamam olan-BƏRDƏLİ QAZİ OĞLU VƏ QAZİ QARDAŞI ŞƏHİD ELMƏDDİN YUSİFOV…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Mahir oğlu Yusifovun doğum günüdür.

Elməddin Yusifovun sabah-28 aprel 2025-ci il tarixində 30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı sabah səhər saatlarında Şəhidin Mirzalıbəyli kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar olunacaq, “Quran” oxunacaq, qısa çıxışlar ediləcək.

Məzarını ziyarətdən sonra isə Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki beşinci doğüm günü ilə bağlı məclis düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, Elməddin Yusifov 1995-ci ilin aprelin 28-də Bərdənin Mirzalıbəyli kəndində sadə bir ailədə anadan olub.

Ailədə üç övlad, iki qardaş, bir bacı olublar.

Bacısı və qardaşı hazırda ailəlidir.

Ataları Birinci Qarabağ Savaşının iştirakçılarından olub.

Elməddin İkinci Vətən Müharibəsindən 6 gün öncə, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunub.

Sentyabrın 27-dən də Şəhidliyinə kimi qanlı döyüşlərdə olub, Suqovuşanda, Talışda, Murovdağda döyüşüb.

Oktyabrın 30-da isə Murovdağda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi iki gün sonra, noyabrın 2-də, günorta saatlarında ailəsinə təhvil verilib və elə həmin gün Mirzalıbəyli kənd qəbiristanlığında, Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qardaşı, 1999-cu il təvəllüdlü Məhəbbət Yusifov da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

Məhəbbət Elməddindən gün sonra, 29 sentyabr tarixində səfərbərliyə cəlib olunub və oktyabrın 7-dən qardaşının Şəhidliyinə, dəfninə, noyabr tarixinə kimi döyüşlərdə iştirak edib.

Elməddinin ata tərəfdən yaxın qohumu olan Ağdamlı Rövşən Mehdiyev də İkinci Vətən Müharibəsi Şəhididir.

Elməddin həm də subay olub.

Adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 30 yaşı mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“UNUDULMAZ OĞULLAR”-Raziyə Kamilqızının növbəti kitabının təqdimatı – FOTOLAR

Read Next

Bakıda arabir yağış yağacaq, bəzi rayonlarda leysan olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir