Sabah da qış soyuq keçəndə deyəcəklər ki, soyuqdan oldu? – ELDAR IBRAHIMOV

“Dünyanın heç bir ölkəsi qəzadan sığortalı deyil. Bu baxımdan, elektrik enerjisi sahəsində indiyə qədər inkişaf etmiş ölkələrdə də ciddi problemlər yaşanıb. Azrbaycanda bir neçə gün öncə bu sahədə baş vermiş qəzanın nəticələri demək olar ki, tam aradan qaldırılıb”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, iyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəzyyətlə əlaqədar keçirilən müşavirədə dövlət başçısı hadisənin araşdırılması üçün ciddi tapşırıqlar verdi.

MUSAVIRE-1

Onun sözlərinə görə, son 15 ildə Azərbaycanda xeyli sayda yeni elektrik stansiyası istifadəyə verilib.

“Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bütövlükdə ölkəmizin enerji potensialı hazırda 6400 meqavata bərabərdir. Onun da 2500 meqavatı son 15 il ərzində yaradılıb. Cənab Prezident vurğuladı ki, ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları və su elektrik stansiyaları yaradılıb. Bütün bunlar enerji sisteminin dayanıqlılığının təmin edilməsi baxımından çox önəmlidir. Ancaq bir qəza nəticəsində demək olar ki, ölkəmizin enerji sistemində bir neçə gün öncə müşahidə edilmiş ciddi problemlər əlbəttə suallar doğurur. Dövlət başçısı məsələnin qısa müddətdə araşdırılmasını və ciddi tədbirlər görülməsini tapşırdı” – deyə, E.İbrahimov qeyd edib.

E.İbrahimov eyni zamanda, qeyd edib ki, Prezident müşavirədə çox doğru buyurdu ki, “bəziləri qəzanın baş vermə səbəbini isti hava ilə bağlayırlar. Ancaq bu, qəzanın səbəbi ola bilməz. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür”:

piris

min-mus

oktay-sirali

“Həqiqətən də belədir. Çünki bizdən də isti ölkələr var. Onda Dubayda, ərəb ölkələrində işıq keçməlidir? Bu duğrudan da Mingəçevirdə baş vermiş hadisənin səbəbi deyil. Demək bizim dayanıqlı enerji təsərrüfatımız yoxdu da. Ay istidən oldu, filandan oldu… İstinin bura nə dəxli var? Sabah da qış soyuq keçəndə deyəcəklər ki, soyuqdan oldu? Bunlar inandırıcı fikirlər deyil. Prezident də çox düzgün olaraq bunu bildirdi. Bu adamlar ölkə başçısının iradlarından çox ciddi nəticə çıxarmalıdırlar. Əsas məsələ odur ki, hazırda komissiya hadisə ilə bağlı araşıdrma aparır. Araşdırmadan sonra məlum olacaq ki, bu məsələdə kimin nə dərəcə günahı var. Həmin araşdırmadan sonra da müəyyən tədbirlər həyata keçiriləcək”. 

bdu-1

O, bununla yanaşı,  elektrik sistemində yaranmış problemlərin aradan qaldırılması ilə bağlı bəzi dövlət qurumlarının işinin təqdirəlayiq olduğunu vurğulayaraq, ictimaiyyət nümayəndələrinin də baş verənlərə münasibətini də müsbət qiymətləndirib.

“Çox yaxşı haldır ki, qəzanın nəticələrinin aradan qaldırılmasında müvafiq dövlət qurumları yaxşı işlədilər və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Eyni zamanda, Azərbaycan cəmiyyəti də bu çətin sınaqdan şərəflə çıxdı. Belə çətin anlarda insanlar bir birilərinə dəstək oldu, həmçinin hansısa profakasiya xarakterli çağırışlara uymadılar. Şübhəsiz ki, dövlət başçısının ciddi nəzarəti altında bu problemin səbəbləri araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün lazımi addımlar atılacaq”-deyə, E.İbrahimov vurğulayıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Nəsimi dünyasına çox kiçik yaşlarımdan daxil olmuşam… – DEPUTAT – FOTOLAR

Read Next

Oğlu Atasından və Ustad Məmməd Nazimoğlundan yazdı- 10 İL…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir