Sabah hava necə olacaq?

Azərbaycanda iyunun 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25°, gündüz 35-39° isti, Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacağı ehtimalı var.

isti

Atmosfer təzyiqi normadan aşağı – 753 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 25-26°, cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil və Şıxda 26-27° isti olacağı gözlənilir.

Çimərliklərdə cənub-şərq küləyi əsəcək. Lakin temperaturun yüksəlməsi ilə əlaqədar günorta saatlarında Günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyiniz tövsiyə olunur.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 37-42° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, iyulun 2-dək Abşeron yarımadasında isti hava dalğasının təsiri nəticəsində gündüz qızmar temperatur diskomfortu, bəzi saatlarda durğun hava şəraitinin olacağı ehtimal edilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Etikxeber.az

 

Read Previous

AŞPA-nın Səməd Seyidovla bağlı son seçimi ədalətin zəfəridir – SƏMƏDZADƏ

Read Next

Övladlarımızın gələcəyi valideynlərimizin kim olacağından çox asılıdır – ƏMƏKDAR ARTİST

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir