Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi gündüz  güclü şimal-qərb  küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 16-20° isti, gündüz  21-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 21-23°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 751 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 55-60 % olacaq.

Oktyabrın 7-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.  Bəzi şimal və şərq rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz  23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz  13-18° isti təşkil edəcək.

Etikxeber.az

Read Previous

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirildi – MN

Read Next

“Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir