Sabah hava-NECƏ OLACAQ?

Martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz oluanacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Günün ikinci yarısında yağıntıda fasilə olacaq.

Gecə və səhər arabir duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.

Etikxeber.az

Read Previous

“Pakistana Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq”-AZƏRBAYCAN PREZİDENTİ PAKİSTANIN PREZİDENTİ VƏ BAŞ NAZİRİNƏ TƏBRİK MƏKTUBU GÖNDƏRDİ – YENİLƏNİB

Read Next

Ceyhun Bayramov Sergey Lavrovla telefonla danışdı, Rusiya xalqına-BAŞSAĞLIĞI VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir