Sabah hava necə olacaq?

Ölkə ərazisində oktyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15°, gündüz 19-22° isti, Bakıda gecə 12-14°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi norma daxilində – 761 millimetr civə sütunu, nisbi rütubət gecə 75-88, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-12°, gündüz 20-25° isti, dağlarda gecə 3-7°, gündüz 7-11° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 30-da Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Etikxeber.az

Read Previous

“Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir…” – KAMRAN İMANOV – YENİLƏNİB

Read Next

Ağdaşla bağlı 4 milyonluq – İKİ SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir