Sabah hava necə-OLACAQ?

Yanvarın 4-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin Etikxeber.az-a verdiyi məlumata görə yanvarın 4-də  Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6, gündüz  7-9, Bakıda gecə 4-6, gündüz  7-9  dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət 70-80 faiz olacaq. 

Yanvarın 4-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

Etikxeber.az

Read Previous

6-cı çağırış MM-in bir ili: Millət vəkillərindən-KİMLƏR DAHA AKTİVLİKLƏRİ, FƏALLIQLARI İLƏ SEÇİLDİLƏR? – BAXIŞ

Read Next

Zəngilan rayonunun Genlik kəndindən videogörüntülər-YAYILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir