Sabah hava yağmursuz keçəcək

Noyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a verilən xəbərə görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 9-11° isti, gündüz 13-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Seçki ilə gələn və terrorla əlaqəsi olanlar, bunun hesabını verməlidirlər – YILDIRIM

Read Next

İran sərhəddinədək dəmiryolu tikintisi başa çatıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir