Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Sabah” komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Etikxeber.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın qollarını Kristian Nvaçukvu, Umarali Raxmonaliyev və Tellur Mütəllimov vurublar.
Mütəllimovun 90+4-cü dəqiqədə vurduğu qol görüşü əlavə vaxta aparıb.
Əlavə vaxtın 101-ci dəqiqəsində Patrik Orfe Mbina dördüncü qola imza atıb.
Son nöqtəni isə 115-ci dəqiqədə Coy Lens Mikels vurub – 6:4.
Etikxeber.az





