Sabah Milli Məclisdə 3 komitənin – İLK İCLASI KEÇİRİLƏCƏK

Sabah-sentyabrın 17-də Milli Məclisin (MM) 2019-cu il payız sessiyası ilə bağlı parlamentin daha 3 komitəsinin ayrı-ayrılıqda ilk iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bunlar Mədəniyyət, Elm və təhsil,  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələridir.

 

Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası gələn həftəyə nəzərdə tutulsa da, sonda onun da ilk iclasının məhz sentyabrın 17-də keçirilməsi qərara alınıb.

İclaslarda öncə komitələrin 2019-cu il yaz və növbədənkənar sessiyalarında gördüyü işlərlə bağlı hesabatları, daha sonra komitələrin payız sessiyası ilə əlaqədar qanunvericilik işləri planları müzakirə və təsdiq olunacaqlar.

meclis-4

İclaslarda həmçinin, ali təsil, təhsil kreditləri, muğam, aşıq sənətlərinin qorunması, soydaş, lombardlar, Rəqabət Məcələlləsi, kinematoqrafiya ilə bağlı yeni qanun layihələri ətrafında müzakirələrin aparılması gözlənilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Üçlər” beşinci dəfə bir arada – “SURİYA BÖHRANI” YENİDƏN MASADA – GÖRÜŞ BAŞLADI – YENİLƏİNİB

Read Next

Tofiq Yaqublu, Yadigar Sadıqlı, Arif Hacılı – “MÜSAVAT” BAŞQANLIĞINA İDDİALIDIRLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir