Sabah referendumla bağlı təşviqatın aparılması üçün ayrılan müddət başa çatır

Sabah Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təşviqatın aparılması üçün ayrılan müddət başa çatır.

Etikxeber.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən təşviqatın aparılmasına  səsvermə gününə 23 gün qalmış başlanmalı, səsvermənin başlanmasına 24 saat qalanadək proses dayandırılmalıdır.

Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar referendumqabağı təşviqata sentyabrın 3-də başlanıb. Təşviqat sentyabrın 25-də, saat 08.00-da dayandırılacaq.

Etikxeber.az

Read Previous

Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu yenidən qurulur

Read Next

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir