Sabah yağış yağacaq

Bakı və Abşeron yarımadasında dekabrın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi  ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 3-5° isti, gündüz  8-11° isti, Bakıda gecə  3-5° isti, gündüz  9-11° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  80-90 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə  0-4° isti, gündüz  4-8° isti olacağı gözlənilir.

Dekabrın 1-dən 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək.

Etikxeber.az

Read Previous

15-ci Berlin Təhlükəsizlik Konfransında Azərbaycanı Ramil Usubov təmsil etdi

Read Next

Lavaş çörəkbişirmə ənənəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir