“Sabah” yeni mövsüm üçün formalarını təqdim etdi – FOTO

Avqustun 19-da paytaxtın “Sabah” klubu 2019-2020-ci il mövsümü üçün formalarını təqdim edib.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, formalar “Macron” firması tərəfindən klubun təqdim etdiyi xüsusi dizaynla hazırlanıb.

Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas – göy və ağ rənglərindədir. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam və güc-qüvvəti əks etdirir.

Bu rənglərin formalaşdırdığı zolaqlar məhz həmin amillərin vəhdətidir.

Səfər oyunları üçün hazırlanmış forma isə “Sabah”ın Futbol Akademiyasının bünövrəsini təşkil edən “Vətən” futbol məktəbinin rənglərinə uyğun olaraq sarı və qara rənglərdədir.

Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər və yeni qələbələri təcəssüm etdirir.

Etikxeber.az

Read Previous

Maestro Niyazinin xatirəsi yad olunacaq

Read Next

Deputat təkzib etdi – 3 RƏSMİ QURUM İSƏ ONU YALANLADI, OĞLUNA VƏ QOHUMLARINA CİNAYƏT İŞİ AÇDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir