Sabaha olan hava durumu açıqlandı

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacaq.

Etikxeber.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Cənub-qərb küləyi axşam  şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 5-9° isti, Bakıda gecə 1-3° şaxta, gündüz   5-7° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  normadan yüksək 773  mm civə sütunu  təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60%  təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti

Əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-10° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Pul və qızıl oğurlayan şəxs tutulub

Read Next

“Nə zamana qədər miqrantların qarşısında divar çəkəcəklər?!” – PAŞAZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir