Sabaha olan hava proqnozu açıqlandı

Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a veriloən xəbərə görə, gündüz bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəliincə, Yanvarın 25-i axşamadək Abşeron yarımadasında arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, 26-da mülayim xəzri küləyi əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəldikdə isə əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, lakin gün ərzində bəzi qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Ticarət mərkəzindən 100 qram qızıl oğurlandı

Read Next

“Problemlər aradan qaldırılmalıdır ki, kənd təsərrüfatının inkişafı daha sürətli olsun”- HEYDƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir