Sabiq baş nazirin arvadı həbs edildi

Çexiya məhkəməsi ölkənin əsas xüsusi xidmət orqanlarından biri olan İnformasiya Təhlükəsizliyi Xidmətinin məxfi informasiyasının ötürülməsinə görə Çexiya baş naziri kabinetinin keçmiş rəhbəri, habelə sabiq baş nazir Pyotr Neçasın xanımı Yana Neçasovanı (əvvəllər Nadyova) 1,5 il müddətinə, nüfuzlu lobbiçi İvo Rittiqi və onun hüquqşünası David Mixalı isə 9 ay müddətinə şərti məhkum edib.

Etikxeber.az xəbər verir ki, məhkəmə Çexiya kənd təsərrüfatı nazirinin keçmiş müşaviri Tomaş İndranı cinayət məsuliyyətindən azad edib. Məxfi informasiyadan istifadə sahəsində çalışmaq hüququnu üç il müddətinə Y.Neçasovadan alan hökm hələlik qanuni qüvvəyə minməyib. Qərardan məlum olur ki, İ.Rittiq 2012-ci ildə Y.Neçasovadan və kənd təsərrüfatı nazirindən öyrənib ki, hökumətin başçısı Pyotr Neças mülki müdafiə kəşfiyyatının başçısından məxfi material alıb. Guya buna görə öz vəkilini Y.Neçasova ilə görüşə göndərib. O da məxfi məlumatın məzmununu hüquqşünasa açıqlayıb. Y.Neçasova və İ.Rittiq öz günahlarını inkar edirlər.

Etikxeber.az

Read Previous

Yanvarın 12-nə USD/AZN rəsmi məzənnəsi 1,7742 səviyyəsində müəyyən olundu

Read Next

Mehriban Əliyeva: Azərbaycanla Fransa arasında əlaqələr yeni səviyyəyə çatıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir