Sabiq baş nazirin oğlu, eks nazirin qardaşı, bələdiyyə sədrinin dayısı – YENİ BAŞ NAZİR KİRİAKOS MİÇOTAKİS

Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində iqtidar dəyişikliyi baş verib.

Etikxeber.az-ın xəbərinə görə, seçkilərdə liberal siyasətçi Kiriakos Miçotakisin liderlik etdiyi Yeni Demokratiya Partiyası (YDP) qalib gəlib.

Onun paryiyası seçkilərdə 40 faiz səs qazanıb, parlamentdəki 300 yerdən 134-nü əldə edib.

Hazırkı baş nazir Aleksis Çiprasın liderlik etdiyi təşkilat isə seçkilərdə ikinci yeri tutub-32 faiz səslə.

Qeyd edək ki, Miçotakisin atası Konstandinos Miçotakis də vaxtilə Yunanıstanın baş naziri olub.

yunan

O, 1967-ci ildə baş verən dövlət çevrilişi zamanı dövrün Türkiyə xarici işlər naziri İhsan Sabri Çağlayangilin yardımı ilə Türkiyəyə qaçıb və 7 il burada sürgündə qalıb.

Həmçinin, bacısı Dora Bakoyanni sabiq daxili işlər naziri,  bacısı oğlu Kostas Bakoyanni isə Atina bələdiyyəsinin başqanıdır.

Yeni baş nazir 3 övlad atasıdır.

Həmçinin, qeyd edək, yeni baş naziri ilk təbrik edənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var.

Yeni baş nazirin Türkiyəyə sıcaq yanaşdığı qeyd olunur.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Rafal Poborski Polşanı Azərbaycanda təmsil edəcək – TƏYİNAT

Read Next

“Onlar bizim sabahımız, gələcəyimizdir…” – MİLLƏT VƏKİLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir