Sabiq deputat, məşhur “Mütəllibov”çu, 77 yaşında 3-cü övladı dünyaya gələn Hacı Əbdül-DÜNYASINI DƏYİŞDİ

“Tövbə” Cəmiyyətinin sədri, sabiq deputat (1990-95-ci illər) Hacı Əbdül Əbdülov vəfat edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə jurnalist Əvəz Zeynallı öz “Facebook” səhifəsində yazıb.

O, gecə saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, məşhur “Mütəllibov”çu kimi tanınan Hacı Əbdülün 80 yaşı var idi

Son bir neçə ildə isə Hacı Əbdül ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı açıq şəkildə dəstəkləyən bəyanatlar və açıqlamalarla çıxış etmişdi.

Açıqlamalarının birində “Mən Mehriban xanım Əliyevanı bu gün birinci vitse-prezident, sabah isə prezident vəzifəsində görürəm. Azərbaycanın xoşbəxt gələcəyi onun vitse-prezident və prezident olması ilə bağlıdır…”-deyən Hacı Əbdül onu da qeyd etmişdi ki, bu gün M. Əliyevanı dünyanın bütün ölkələrinin rəhbərləri tanıyırlar və o, onlarla yaxşı münasibətlərə malikdir.

Eyni zamanda, M. Əliyeva iki il öncə Hacı Əbdülün axundluq etdiyi “İmam Hüseyn” məscidini əsaslı təmirdən sonra ziyarət etmiş, onunla görüşmüşdü.

Hacı Əbdül sonra mətbuata növbəti açıqlamasında məscidin M. Əliyeva tərəfindən ikinci dəfə həyata qaytarıldığını vurğulamış və bunları demişdi:

“Bu günə qədər məscid bir dəfə də olsun əsaslı təmir edilməmişdi. “Tövbə” cəmiyyəti olaraq hər yerə müraciət etmişdik ki, məscid əldən gedir və təmirə ehtiyac var. Çünki həmin məscid qədim tarixi və təkrarı olmayan ibadət məkanıdır. Nəhayət Mehriban xanıma müraciət etdik. Sağ olsun ki, bizim müraciətimizi qəbul edərək məscidi əsaslı surətdə və gözəl şəkildə təmir etdirərək dindarlara qaytardı”.

Eyni zamanda, qeyd edək ki, Hacı Əbdül bir neçə il öncə ikinci dəfə ailə qurmuş və 77 yaşında 3-cü övladı dünyaya gəlmişdi.

“Bu yaxınlarda oğlum Əbdülün qardaşı dünyaya gəlib. Onun da adını Əbdül qoymuşam. Olub Əbdül-2”deyə, Hacı Əbdül mətbuata açıqlamalarından birində qeyd etmişdi.

Xatırladaq ki, Hacı Əbdülün birici həyat yoldaşından isə Məhəmməd adlı bir oğlu var.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Tərəfdarıyam ki, seçici deputatına asan çıxış imkanına malik olsun, necə ki…”-DEPUTAT YENİDƏN SEÇİCİLƏRİNƏ SƏSLƏNDİ

Read Next

“Onun ölüm xəbərini eşitmək mənim üçün də ağır idi…”-FİRUZƏ NADİR YAZDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir