Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Paşinyan Xankəndində ümumerməni mitinqi keçirib erməni xalqını Qarabağın müstəqilliyi ideyası ətrafında sıx birləşməyə, bu yolda fədakarlıqlar etməyə çağırdığı gündə YAP sədrinin və baş nazirin müavini Əli Əhmədov YAP-çılara müraciət edib onları müxalifətə qarşı birləşməyə və bu yolda hər cür fədakarlıqlara hazır olmağa çağırır.
Paşinyan mitinqdə “Mən Ermənistandayam. Qarabağ Ermənistandır” deyib. Azərbaycan hakimiyyətinin cavabı “YAP-çılar, müxalifətə qarşı birləşin” şəklində oldu. Məncə, “zəif” cavabdır.
Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli öz sosial şəbəkə hesabında paylaşdığı statusunda yazıb.
“Mövlanə demiş, kimlikləri aradıqlarından bəlli. Paşinyanın düşməni Azərbaycandır, YAP hakimiyyətinin düşməni müxalifət. Paşinyanın dərdi Qarabağdır, YAP böyüklərinin dərdi hakimiyyət…”-deyə, sabiq deputat sonra yazıb.
Etikxeber.az