Sabiq deputat Səmayə Piriyevadan maraqlı təklif-İLHAM ƏLİYEV ÖMÜRLÜK PREZİDENT SEÇİLSİN VƏ MİLLİ QƏHRƏMAN ADINA LAYİQ GÖRÜLSÜN

Birinci çağırış (1995-2000-ci illər) Milli Məclisin üzvü Səmayə Piriyeva ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülməsi təklifi ilə çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə, S. Piriyeva bununla bağlı ölkə Prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə müraciət ünvanlayıb.

S. Piriyeva eyni zamanda, İ. Əliyevin Azərbaycanın ömürlük Prezidenti seçilməsi təklifi ilə çıxış edib.

S. Piriyevanın ölkə başçısına ünvanladıığı müraciətdə deyilir:

“Əziz Prezidentim!

Hər gün Sizin gülər və qəzəbli çöhrənizi gördükdə uçmağa qanad axtarıram. Mən əminəm ki, bu qanadı bizə bugünlərdə Allah qismət edəcək.

Mən çox sevinirəm ki, Sizinlə birinci çağırışda Milli Məclisin deputatı olmuşam.

İnsanlara yüksək qayğınızın şahidi olmuşam.

Millətimiz əmindir ki, yaxın hünlərdə onun Qələbəsini dünyaya yayacaqsınız.

Siz əsl Qəhrəmansınız.

Sizi Milli Qəhrəman adına layiq bilirəm.

Növbəti Prezident seçkilərində millətimizin əbədi-ömürlük Prezidenti seçilməyinizə razılıq verməyinizi xahiş edirəm”.

S. Piriyevanın Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanladığı müraciətdə isə qeyd olunur:

“Əzizimiz Sahibə xanım!

İstəkli Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin Vətən müharibəsi günlərində qətiyyətli, cəsarətli sərkərdəlik məharəti, Qarabağ sevgisi bizim böyük qələbəmizin sönməz mənbəyinə çevrilmişdir.

Prezidentimizin misilisiz hünəri ən yüksək qiymətə layiqdir.

Təklif edirəm ki, Ali Baş Komandanımıza Azərbaycanın Milli Qəhrəmanı adı verilsin.

Həmçinin, qarşıdakı Prezident seçkilərində cənab İlham Əliyev Azərbaycanın ömürlük Prezidenti seçilsin.

Mənim təklifimi müdafiə etməyinizi Sizdən xahiş edirəm!”.

20:35, 26 oktyabr

Etikxeber.az

Read Previous

“Bu, kasetli raketdir və mülki əhali arasında itkinin çox olmasına hesablanıb…”-HİKMƏT HACIYEV – YENİLƏNİB – (1)

Read Next

“Yırtıcı xislətlilərin Bərdə vandalizmi…Qanına boyanan körpə fidanımız-Aysumuz… Yenə kar, kor, lal dünyamız…İnsanlıq dramı, insanlıq adına utanc…”-JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir