Sabiq deputatdan, tanınmış iqtisadçıdan və gənc jurnalistdən – MİLLƏT VƏKİLİNƏ SƏRT İTTİHAM

Deputat olasan, nə qədər harınlayasan ki, öz vəzifə borcunu yerinə yetirən dövlət orqanının əməkdaşlarını kütləvi şəkildə döydürəsən!

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli millət vəkili İqbal Məmmədovun oğlunun və yaxınlarının vergi əməkdaşlarını döyməsinə münasibətini bildirərkən qeyd edib.

“Polisi, icra hakimiyyətinin əməkdaşlarını, vergi müfəttişlərini bir-birinə qatıb çırpasan!

Tələbə vaxtı Rövnəq Abdullayevin qab-qaşığını yuduğu üçün deputat təyin olunanın sonu da elə bu cür olmalıydı…”-deyə, sabiq deputat sözlərinə əlavə edib.

farid sahbazli

gultekin-6

vuqar-bayramov

“İqbal Məmmədov parlamentə ilk deputat seçildiyi zamanlarda əslən Lerikdən olan bir gənc olaraq rayonun maraqları naminə ona təmənnasız ilk dəstək verən adamlardan olmuşam. Düşünmüşəm ki, Lerikdən nəyahət ki, nisbətən gənc bir insan millət vəkili seçilib və ona rayonu layiqincə təmsil edə bilməsi üçün dəstək vermək lazımdır. Lakin təəssüf ki, İqbal Məmmədov mandat daşdığı 9 il müddətində yalnız biznesi, adam döyməsi, vətəndaşların torpaq və əmlakını əlindən alması, biabırçı borc qalmaqalı və digər qalmaqallı və utandırıcı hadisələrlə yadda qaldı”.

Bunu isə əslən Lerikdən olan  gənc və tanınmış jurnalist, “İslahatçı Gənclər” İctimai Birliyinin rəhbəri Fərid Şahbazlı qeyd edib.

O, qeyd edib ki, İ. Məmmədov bu fəaliyyəti ilə həm Lerikin, həm üzvü olduğu Milli Məclisin, həm də təmsil etdiyi partiyanın etimadını doğrultmadı:

“Baş verən son hadisə isə ümumiyyətlə “qırmızı xətt”İn keçilməsi idi. Vergidən yayınma, dövlət nümayəndələrinə qarşı zorakılıq yolverilməzdir. Düşünürəm ki, İqbal Məmmədovun Lerik və lerikliləri ali qanunverici orqanda təmsil etmək üçün mənəvi haqqı yoxdur.

Lerik və leriklilər belə bir deputata layiq deyil. Şəxsən mən Azərbaycan siyasətininin avanqardı olan Yeni Azərbaycan Partiyasının rəhbərliyinə müraciət edərək, qarşıdan gələn seçkilərdən İqbal Məmmədovun namizədliyinin irəlü sürülməməsini xahiş edirəm. Düşünürəm ki, bu yalnız mənim deyil, yüzlərlə leriklinin arzusudur…”.

Tanınmış iqtisadçı-ekspet Vüqar Bayramov öz növbəsində deyib ki, Vergilər Nazirliyinin bu məsələdə principal mövqeyi təqdirə layiqdir:

“Rəsmi açıqlamadan bəlli olur ki, “Relax” bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər bir obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib. Və deməli, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub. 14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadə də 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir.

Bu hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir. Qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlər ilə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasiın göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır. Aydındır ki, “Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq.

Vergilər Nazirliyinin bu məsələdə principal mövqeyi təqdirə layiqdir. Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Aydındır ki, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərli aparılmasından və təbii ki, real sektorda “himayəçiliyin” aradan qaldırmasından asılı olacaq”-deyə, V. Bayramov daha sonra qeyd edib.

Qeyd edək ki, məlum “döyülmə” faktı ilə bağlı cinayət işi başlanılıb, deputatın oğlu və yaxınları tutulublar.

 

Etikxeber.az

Read Previous

Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək – BU GÜN

Read Next

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatdı – DİM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir