Sabiq millət vəkili Nazim Bəydəmirliyə ittiham elan olundu-4 AYLIQ HƏBS EDİLDİ

Sabiq deputat Nazim Bəydəmirliyə istintaq orqanı tərəfindən ittiham elan olunub.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, sabiq deputata Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

Nərimanov rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib:

“Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”.

Etikxeber.az

Read Previous

Mənim üçün əziz, doğma, isti olan ocaq-Şəhid ocağı, Şəhid Nurlanın ocağı!-KAMİL HƏMZƏOĞLU YAZDI – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 2 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir