Sabiq millət vəkili və siyasi elmlər doktoru olan icra başçısı pambıq “yığarkən”…

Beyləqan rayon İcra Hakimiyyətinin başcısı, sabiq millət vəkili, siyasi elmlər doktoru Vaqif Abdullayev pambıq əkən fermerlərə dəstək aksiyasında iştirak edib.

Etikxeber.az-ın “Report”un Qarabağ bürosuna istinadən məlumatına görə, icra başçısı təhsil, mədəniyyət və səhiyyə işçiləri ilə birlikdə pambıq yığımına qatılıb.

Hazırda Beyləqanda pambıq yığımı davam edir. Hava şəraitinə görə, məhsul tarlalardan qısa müddətdə toplanmalıdır. Havaların yağmurlu keçməsi pambıq yığımının ləngiməsi, məhsulun sahələrdə qalması ilə nəticələnə bilər.

Qeyd edək ki, Beyləqan rayon statistika idarəsinin verdiyi məlumata görə, 2016-cı ildə rayonda 3958 hektar sahədə pambıq becərilib. Bu, ötən illə müqayisədə 1879 hektar çoxdur. Bu günədək tarlalardan 3245 ton məhsul toplanıb. Yığılan pambıq rayonda fəaliyyət gösətərən iki pambıq istehsalı və emalı zavoduna təhvil verilir.

vaqif-1

Etikxeber.az

Read Previous

Əliyevlə Salber nədən danışdılar?

Read Next

İki mindən artıq avtobusa “GPS” sistemi quraşdırılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir