Sabiq MTN əməkdaşı Binəqədidə yaşayış binasında yanğınla bağlı məhkəməyə gəldi

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs kimi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Xəyyam Babayev ifadə verib. O deyib ki, 2012-ci ildən həmin binada yaşayır: “Evdəydim, mətbəxin pəncərəsindən evə tüstü dolduğunu gördüm. Nə baş verdiyini aydınlaşdırmaq üçün həyətə düşdüm. Binanın arxa tərəfindən, notariat kontorunun qabağından yanğının baş verdiyini gördüm. Yanğını görən kimi evə qayıdıb, uşağı götürüb çölə çıxdım. Uşağı baxıcının evinə apardım. Qayıdanda isə yanğın artıq şiddətlənmişdi”.

X. Babayev mətbuatda özü haqqında yazılan məlumatlara da münasibət bildirib: “Deyirlər ki, guya bu məsələdə MTN əməkdaşının rolu olub. Bunlar yalandır. Mən daimi işdə oluram. Yalnız həmin ərəfədə Avropa Oyunları ilə bağlı növbəli çalışmışam. Yanğın baş verən gün, gecə 12-dən 5-ə qədər növbədə olmuşam. Yanğın birmərtəbəli qeyri-yaşayış sahəsinin üzərində başladı. Yanğının baş verdiyi ümumi istiqaməti göstərmişəm”.

Proses davam edir.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

X. Babayev mətbuatda özü haqqında yazılan məlumatlara da münasibət bildirib: “Deyirlər ki, guya bu məsələdə MTN əməkdaşının rolu olub. Bunlar yalandır. Mən daim işdə olmuşam. Həmin ərəfədə Avropa Oyunları ilə bağlı növbəli çalışmışam. Yanğın baş verən gün, gecə 12-dən 5-ə qədər də növbədə olmuşam. Yanğın birmərtəbəli qeyri-yaşayış sahəsinin üzərində başladı. Mən yanğının baş verdiyi ümumi istiqaməti göstərmişəm”.

Etikxeber.az

Read Previous

Hilal Əsədovun ifadəsi yayıldı: “Eldar Mahmudov dedi ki…” – FOTOLAR

Read Next

“Siqaret məni o dərəcədə cana yığdı ki…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir