Sabiq nazir, “İstiqlal”çı deputat-İSGƏNDƏR HƏMİDOV DƏFN OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün çox kədərli xəbərlə sizlərə məlumat vermək zorundayam. Milli azadlıq hərəkatının görkəmli nümayəndələrindən biri, dəyərli dostumuz İsgəndər Həmodovu itirdik.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış həkim, tibb elmləri doktoru Adil Qeybulla öz “Facebook” səhifəsində yazıb.

“Allah rəhmət eləsin, ruhu şad olsun!”-deyə, o, əlavə edib.

Qeyd edək ki, İ. Həmidov uzun illər hüquq-mühafizə orqanlarında işləyib, AXC hakimiyyəti dövründə bir müddət daxili işlər naziri olub.

Məşhur “43-lər”dən, “İstiqlal”çı deputatlardandır.

Uzun müddət idi ki, bir sıra ağır xəstəlikdən əziyyət çəkirdi.

72 yaşı vardı.

***

İ. Həmidov Sulutəpədə həyat yoldaşı Rəna xanımın yanında dəfn olunacaq.

Bunu özünün “Facebook” sosial şəbəkəsində İsgəndər bəyin qardaşı oğlu Şəhriyar Məcidzadə yazıb.

“Onu da itirdik. Saat təxminən 11-də “Göy məscid”də olacağıq. Sulutəpədə xanımı dəfn olunan yerdə torpağa veriləcək. Yas mərasimi Badamdarda “Bəyoğlu”nun yanındakı mərasim zalında olacaq” – deyə, Ş.Məcidzadə bildirib.

***

İ. Həmidov Sulutəpədəki qəbristanlıqda dəfn olunub.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Prezident İlham Əliyev Xocalı abidəsini-ZİYARƏT ETDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Əliyev Ərdoğana-ZƏNG ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir