“Sabiq nazirin kadr olması nəyi dəyişmışdi ki?”-MİLLƏT VƏKİLİ

Təhsil naziri vəzifəsindən xarici işlər naziri postuna gətirilən Ceyhun Bayramov haqqında yazmaq və ictimai olaraq da təbrik etmək fikrim yox idi.

Çünki təyin olunduğu saatda mobil nömrəsinə səsli mesaj göndərib təbrik etmişdim.

Amma sosial şəbəkələrdə bu təyinata skeptik yanaşanların və narazı qalanların sayı məni təəccübləndirdi və kampaniya xarakterli olması fikrimi möhkəmləndirdi.

Yazırlar ki, Ceyhun Bayramov diplomatik kadr deyil, diplomatiyanı bilmir və digər məsələlər.Elmar Məmmədyarov diplomatik kadr idi, onlarla səfirlərimiz var, XİN-də işləyən peşəkar kadrlar var.

Məgər onlar qərar qəbul etməkdə sərbəstdirlər?

Siyasəti hökumət müəyyən edir və onlar icra edirlər.

Sabiq nazirin kadr olması nəyi dəyişmışdi ki?

Vacib olan üzərinə qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirmək, rüşvət və korrupsiyadan uzaq olmaqdır.

Nazir postu siyasi və idarəçilik postudur.

Vacib olan işləmək bacarığıdır, istəkdir və ürəyin vətən üçün döyünməsidir.

Hörmətli Ceyhun Bayramovla iki dəfə söhbətimiz olub və mənə xoş və səmimi təsir bağışlayıb.

Çox mədəni, dünyagörüşlü və enerjili təsir bağışlayıb.

Mən yeni XİN naziri Ceyhun Bayramovun işinin öhdəsindən gələcəyinə inanıram və gəlin ona uğurlar arzulayaq.

İnanıram ki, o vətəndaşlarımızın və dövlətimizin gözləntilərini doğruldacaq.

Elə buradan da Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması münasibətilə bir daha təbrik edirəm və ona məsuliyyətli işində uğurlar arzulayıram!

Razi NURULLAYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“AVRONEST” PA-dan Tovuz bölgəsində yaşananlara-REAKSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir