Sabiq prezident 92 yaşında vəfat etdi

Portuqaliyanın sabiq Prezidenti və Baş naziri Mariu Suariş şənbə günü 92 yaşında vəfat edib.

Etikxeber.az France-Press agentliyinə istinadla xəbər verir ki, sabiq Prezident dekabr ayında xəstəxanaya yerləşdirilmişdi və dərin koma vəziyyətində idi.

Portuqaliya Sosialist Partiyasının banisi Mariu Suariş iki dəfə Baş nazir vəzifəsində işləyib, 1986-cı ildən 1996-cı ilədək ölkənin Prezidenti olub. Dövlət başçısı vəzifəsindən getdikdən sonra o, 1999-2004-cü illərdə Portuqaliyanı Avropa Parlamentində təmsil edib. 2006-cı ildə sosialistlər tərəfindən yenidən prezidentliyə namizədliyi irəli sürülsə də, seçkilərdə uduzub.

Etikxeber.az

Read Previous

Mirzəzadədən fərqli yanaşma: “Nuray qohumları ilə atasını barışdırmaq istəyəcək…”

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 44 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir