Sabiq prezident Mixal Kovaç vəfat etdi

Slovakiya Respublikasının birinci prezidenti olmuş Mixal Kovaç Bratislavada dünyasını dəyişib.

Etikxeber.az xəbər verir ki, bu barədə TASS agentliyi Slovakiya radiosuna istinadla məlumat yayıb. Mixal Kovaçın ürək tutmasından vəfat etdiyi bildirilir.

1993-1998-ci illərdə yüksək dövlət postunda çalışmış sabiq prezident uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkib. O, sentyabrına 30-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mixal Kovaç 1930-cu il avqustun 5-də dünyaya gəlib. 1989-cu ildə baş verən inqilabdan sonra o, Slovakiyanın maliyyə naziri təyin edilib, 1992-ci ilin iyununda isə ÇSFR-in federal parlamentinin spikeri olub. Ölkə iki müstəqil dövlətə bölündükdən sonra Mixal Kovaç Slovakiyanın ilk prezidenti seçilib.

Etikxeber.az

Read Previous

“Azərbaycan-məmləkətim mənim!(3)”- FOTOLAR

Read Next

Atəşkəs rejimi 21 dəfə pozulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir