Sabiq prezidentin nəvəsi – SPİKER OLDU

İndoneziyanın sabiq İnsan inkişafı və mədəniyyət naziri, müasir İndoneziyanın qurucusu və ilk prezidenti Sukarnonun nəvəsi xanım Puan Maharani Xalq Nümayəndələri Şurasının (parlamentin aşağı palatası) sədri seçilib.

Onun namizədliyi təmsil etdiyi İndoneziya Demokratik Mübarizə Partiyası (PDI-P) tərəfindən irəli sürülüb.

Etikxeber.az xarici mediaya istinadla xəbər verir ki, oktyabrın 1-də nümayəndələr palatasının sədri vəzifəsini icra edənlər və parlamentdə təmsil olunan partiyaların nümayəndələri 2019-2024-cü illərdə P.Maharaninin parlamentə sədrlik etməsinə səs veriblər.

Eyni zamanda, İndoneziyanın ilk qadın prezidenti Meqavati Sukarnoputinin qızı olan P.Maharani parlamentə seçildiyi Mərkəzi Yava seçki dairəsində 404 min 34 seçicinin səsini qazanıb. Onun təmsil etdiyi PDI-P partiyası isə nümayəndələr palatasında ən çox – 128 yer qazanıb.

Mütəxəssislərin qənaətinə görə, 2024-cü ilədək parlamentə rəhbərlik edəcək P.Maharani həmin il keçiriləcək növbəti prezident seçkilərində əsas namizəd ola bilər. Bununla yanaşı, onun 2020-ci ildə 72 yaşlı anasını əvəz edərək PDI-P partiyasının sədri seçiləcəyi də gözlənilir.

Xatırladaq ki, İndoneziyanın Milli qəhrəmanı olan Sukarno 1945-1967-ci illərdə, onun qızı M.Sukarnoputri isə 2001-2004-cü illərdə ölkə prezidenti olublar.

Etikxeber.az

Read Previous

Dövlət Əməyin Mühafizəsi Fondu yaradıldı – NAZİRLƏR KABİNETİ QƏRAR VERDİ

Read Next

Təmas xəttində erməni təxribatının qarşısı alındı – DSX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir