Sabir Rüstəmxanlı Məmməd İsmayıl, Musa Yaqub, Çingiz Əlioğlu və “XƏSTƏLƏNMƏYİ”NDƏN YAZDI…

Seçki görüşləri qurtarandan sonra ilk işim köhnə dostlarla zəngləşmək, onların hal-əhvalını, sağlıq durumlarını öyrənmək oldu.

Şükür, Məmməd İsmayıl həmişəki kimi ötkəm, saglam səslə danışırdı.

İlhamı, yaradıcılıq enerjisi səsindən duyulur…

Səksənində də cavanlıqdan əl çəkmək istəmir, mənnən yarışır…(Allah, qüvvət versin!).

Musa Yaqubu nə vaxt dindirsən ” yaxşıyam” deyir. Yenə yaxşıdır.

“Ayə, bu gün, ya sabah gəl, sənnən söhbətim var!”- deyir.

Vədələşdik, sabah, ayın 18-də görüşəcəyik.

Çoxdandır Xaqani surəti rahatlığını əlindən alıb.

Bəlkə təzə bir şey oxuyacaq.

Çingiz Əlioğlu, böyük Nizami demiş, neşə vaxtdır “pəri kimi, cin kimi” adamlardan qaçır.

Bu dəfə telefonunun susmasına baxmadan getdim. Qapını açanda giley-güzarım başlandı.

Mən susanda o dilləndi. İkimiz də haqlı idik. Ədalətsiz olan xəstəlikdir. Çingizə çox əziyyət verib. O da sıxıntısını, acısını biıdirən deyil.

Mənim sözümlə desək “qan yaddaşı” ona pıçıldayıb ki, bu xəstəliklər sənə heç nə eləyə bilməz, ən yaxın hədəfin 83-dür, kəməndini at ora, dikəl üzü yuxarı, sonrasına baxarıq.

Ağır əməliyyatlardan keçib. Şükür, dirçəlir. Oxuyur, yazır. Yeni şeirləri sağlam gənclik ruhundan doğulub.

… Bu arada Neftçaladan zəng vurdular ki, sənin xəstələnməyin və ölkədən kənara aparılmağın barədə şaiyələr yayıblar.

Güldüm.

Başqasının xəstəliyini arzulamaq pis işdir.

Düşər-düşməzi olar…

Sabir RÜSTƏMXANLI,

Xalq şairi

Etikxeber.az

Read Previous

Ülviyyə Ağayevanın “Dairəsi”ndə də-CİDDİ NARAZILIQ…

Read Next

Bahar Muradova-“MÜNHEN ZƏFƏRİ”NDƏN YAZDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir