Sabir Rüstəmxanlı Qarabağ məsələsindən, Məlahət İbrahımqızı şəhid prokurorluq əməkdaşlarından, Siyavuş Novruzov-AXC-DƏN SÖZ AÇDI…

Qarabağ məsələsi bizim milli məsələmizdir. Təəssüf ki, vaxt keçir, problem həll olunmur, bu da əhalidə narazılıq yaradır.

Etikxeber.az xəbər verir ki, bunu deputat, Xalq şairi Sabir Rüstəmxanlı parlamentdə çıxışında deyib.

O, qeyd edib ki, millətin gələcəyi, şərəfi buna bağlıdır:

“Bu məsələ heç kəsin, yəni nə iqtidarın, nə də müxalifətin inhisarındadır. Bu, hamının mövzusudur. Xüsusən Dağlıq Qarabağda son zamanlar baş verən erməni həyasızlığı hər kəsi düşündürməlidir. Burada ümummili konsepsiya olmalıdır. Ona görə də təklif edirəm ki, Milli Məclisdə ildə iki dəfə müəyyən qurumlar gördükləri işlə bizi tanış etsinlər. Bunun üçün də bizimlə görüşlər keçirilməlidir”.

“1997-ci ilə qədər prokurorluğun şəhid olan əməkdaşlarının ailələrinə şəhidliklə bağlı müavinət verilsin”.

Bunu isə parlamentin komitə sədrinin müavini Məlahət İbrahimqızı deyib. 

O, bildirib ki, onları sayı elə də çox deyil: “Cəmi 20 nəfərədək olar”.

M. İbrahimqızı qeyd edib ki, ölkə başçısının tez-tez İrəvan və Zəngəzurla bağlı xatırlamaları cəmiyyət üçün mesajdır:

“Bu gün dövlət başçısına Qarabağla bağlı təzyiqlər var. Bu gün biz hamımız özümüzü zəngəzurlu, irəvanlı, göyçəli, qarabağlı hesab etməliyik”.

“Bir-iki nəfər insanlarda elə fikir formalaşdırmağa çalışır ki, guya cümhuriyyətin varisi onlardır”.

Bunu da parlamentin komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bugünkü Azərbaycan bu cür inkişaf etmiş, dünyada tanınan, dünyada sözünü deyən olmasaydı, hansı varislikdən söhbət gedə bilərdi?

“Cümhuriyyətin varisi bizik. Onlar isə vətən xainləri, erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır. Biz fikirlərimizi də, rəylərimizi də düzgün istiqamətdə formalaşdırmalıyıq. Bu gün İlham Əliyev həm də Demokratik Cümhuriyyətin prezidentidir” – deyə, S. Novruzov əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Təzadlı mənzərədir, lakin nəticə bizim xeyrimizədir…”-ZAHİD ORUC

Read Next

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi-MÜZAKİRƏLƏRƏ ÇIXARILIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir