Sabirabad sakininin evində narkotik aşkarlandı

Sabirabad rayon sakininin evindən narkotik maddə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. 

Etikxeber.az-ın APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş – 2016” kompleks tədbirlər planına uyğun olaraq əməliyyat keçirib. Rayonun Əsgərbəyli kənd sakini Qarayev Rüstəm Qardaşəli oğlunun evinə baxış zamanı satış üçün nəzərdə tutulan, 53 kibrit qutusuna qablaşdırılmış və açıq şəkildə ümumi çəkisi 360 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Adı çəkilən şəxs istintaqdan yayındığı üçün onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“İçəri şəhər” bədii filmi “Qaranlıq gecələr” Festivalına dəvət alıb

Read Next

İrandan Azərbaycana heroinin keçirilməsi cəhdinin qarşısı alınıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir