Sabirabadda ev, Lənkəranda çayxana yandı

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, rayonun Cavad kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxində dam örtüyünun yanar konstruksiyaları 8 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lənkəranda isə  çayxana yanıb.

Rayonun Türkəkəran kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan çayxana kimi fəaliyyət göstərən talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 1 ədəd generator, 1 ədəd soyuducu, 2 ədəd vitrin soyuducu və 3 ədəd stol-stul yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Etikxeber.az

 

 

Read Previous

Zəlzələ daha 18 can aldı…

Read Next

Qaydalar dəyişdi – Beynəlxalq Olimpiya Komitəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir