Ailənin iki övladından biri, 3 medallı, idmançı, Şəhid Bəhruz Əhmədovun-CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ…- FOTOLAR – YENİLƏNİB -(4)

Bu gün Sabirabad rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Bəhruz Səttar oğlu Əhmədovun doğum günüdür.

Bəhruz Əhmədovun bu gün 25 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, 1997-ci ilin iyun ayının 27-də Sabirabadın Balakənd kəndində dünyaya gələn Bəhruz Əhmədov ailənin iki oğlan övladından biri olub.

Bəhruz Əhmədov uşaq yaşlarından idmanla məşğul olub, idmançı kimi fəaliiyət göstərib.

Orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb.

İdmançı kimi fəaliyyətini davam etdirib.

2019- cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika birinciliyində birinci yeri tutub, ”Qara kəmər”ustası adına layiq görülüb.

İkinci Vətən Müharibəsində isə könüllü olaraq, iştirak edib.

2020-ci ilin oktyabr ayında Qubadlı istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi 2020-ci ilin noyabr ayının 4-də Sabirabadda dəfn edilib, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla-“Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

O, həm də subay olub.

09:00

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Cənnətdəki ikinci doğum günü ilə bağlı “İnci” şadlıq sarayında mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib, “Quran” oxunub.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidə həsr olunmuş videoçarx nümayil etdirilib.

Daha sonra çıxışlar edilib, Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Şəhidin ailə üzvləri də onları belə bir gündə onları tək buraxmadıqları üçün hər kəsə öz minnətdarlıqlarını ifadə ediblər.

Mərasimdə həmçinin dini mahnılar, İlahilər səsləndirilib.

Qeyd edək ki, ziyarət və mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Sabirabaddan, Bakıdan, Şəkidən olan Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Eyni zamanda, qeyd edək ki, mərasimin keçirilməsinə “Dəmir Yumruq” Alfa-A Cəmiyyəti də öz dəstəyini verib.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

Şəhidlər ölməz, Vətən bölünməz!

12:15

***

FOTOLAR:

12:25

***

12:29

***

***

HƏR ZAMAN ŞƏHİD AİLƏLƏRİNİN YANINDA OLAN “ƏBƏDİ NUR” KOLLEKTİVİ…

***

12:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Bakı-Sabirabad-Bakı

Read Previous

Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır-İLHAM ƏLİYEV – FOTO

Read Next

Daha 12 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir