“Sabitdir, təhlükəsizdir, terrordan uzaqdır…” – KOMİTƏ SƏDRİ – RƏY(LƏR)

Azərbaycan təhlükəsizdirmi?

Azərbaycan bu gün ən təhlükəsiz ölkələrindən biridir.

Burada terror ehtimalı demək olar ki, çox aşağı dərəcədədir.

Bunun da bir neçə əsas səbəbi var.

Birinci səbəb ondan ibarətdir ki, terror üçün əlverişli mühit olmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, politoloq Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, eyni zamanda, terroru törədə biləcək meyllər üçün özünə yer etməlidir.

“Özünüz də görüsünüz ki, dünyada terrorçular dəstəsi açıq şəkildə yetişdirilir.

İnsanların beyinləri yuyularaq, ancaq terrora, nifrətə yönəldilir”-deyən millət vəkilinin sözlərinə görə, ancaq Azərbaycanda belə bir atmosfer, mühit, şərair yoxdur. “Azərbaycanda belə bir atmosferin, mühitin yaranmasına imkan verilmir. Səbəb də ilk növbədə maariflənmə məsələsidir:

“Çünki adətən maariflənmənin, təhsilin keyfiyyətinin aşağı olduğu ölkələrdə terror hadisələri daha çox baş verir, terrorçular üçün daha əlverişli mühit olur. Azərbaycanda isə insanlar demək olar ki, 100 faiz etibarı ilə orta, icbari təhsillidirlər. Azərbaycanda ali təhsil almaq istəyənlərin sayı durmadan artır. Bu məsələdə dövlət onlara müvafiq şərait yaradır.

İldən-ilə ali məktəblərə qəbul yerlərinin sayı artır. Ali məktəblərdə islahatlar aparılır. Dövlət hesabına təhsil alan tələbələrin sayı durmadan çoxalır. Yeni-yeni məktəblərin tikilməsi, təhsilin, tədrisin keyfiyyətinin artırılması üçün kurikulum sisteminə keçilməsi, xarici ölkələrinin təhsil sistemləri ilə əlaqələrin qurulması, yəni,  bunların hamısı insanların  maariflənməsinə, sivilləşmədə maraqlı olmasına gətirib çıxarır.

Digər vacib faktor Azərbaycanda hüquq-mühafizə orqanlarının bu məsələni daim diqqətdə saxlaması, terror meylli insanlara qarşı profilaktik  tədbirlərin aparılması və bu işə hazırlıq görən, yaxud da, müəyyən “kurslar” keçən insanların qanun qarşısında cavab verməsidir.

Üçüncüsü isə terrora qarşı mübarizə ilə bağlı xarici ölkələrlə sıx təmasın olmasıdır.  Terror bu gün sərhəd tanımır və terrorun izi bəzən sərhədlərdən çox-çox kənara gedib çıxır.

Hesab edirəm ki, bu 3 məsələni diqqətdə saxlaması Azərbaycanı terror üçün mümkünsüz bir əraziyə çevirib”.

20 ilə yaxın Azərbaycanı ATƏT Parlament Assambleyasında təmsil etmiş Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov da dünyada, bölgəmizdə yaşanan qanlı hadisələrə, o cümlədən, 25 ildən artıq bir dövr ərzində torpaqlarının işğal altında qalmasına baxmayaraq, mərhum dövlət başçısı Heydər Əliyev və ölkə prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, təhlükəsizlik, hüquq-mühafizə orqanlarının peşəkarlığı və ayıq-sayıqlığı nəticəsində Azərbaycanın bu gün sabitlik və təhlükəsizlik adasına çevrildiyini bildirib:

“Düzdür, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin ortalarına kimi Azərbaycan terrordan çox əziyyət çəkdi. Ermənistanın və onu dəstəkləyən dairələrin əli ilə Azərbaycanda dəhşətli, qanlı terraktlar yaşandı, yüzlərlə insan terrorun qurbanına çevrildi. Amma müasir və ikinci müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev və son 16 ildə onun siyasətini uğurla davam etdirən ölkə prezidenti İlham Əliyevin yürütdüyü siyasət, gördüyü tədbirlər nəticəsində Azərbaycan terror təhlükəsindən maksimum dərəcədə uzalaşa bildi.

Bu gün nəinki ətrafımızda, hətta, dünyanın ən inkişaf etmiş, ən aparıcı və ən güclü dövlətlərində, Avropa ölkələrində, ABŞ-da terror hadisələrinin mütəmadi hal aldığı bir şəraitdə, Azərbaycan özünü artıq bu qanlı olaylardan, terraktlardan sığortalamağa müvəffəq olub. Bu gün Azərbaycan dünyanın ən rahat, ən təhlükəsiz ölkələrindən biri və birincilərindəndir. Bunu ildən-ilə ölkəmizə turist sayının artması da əyani şəkildə ortaya qoyur.

eldar-bdu

kamilya

aydinnn

ELDENİZ-QARDAS

Turistlər adətən, daha çox o yerlərə üz tutur və gedirlər ki, ilk növbədə orada onların təhlükəsizliyinə təminat olsun. Əgər Azərbaycanda belə bir təminat olmasaydı, Azərbaycanda təhlükəsizlik tədbirləri ən yüksək dərəcə diqqətdə saxlanılmasaydı və bu tədbirlər həyata keçirilməsəydi, o zaman ölkəmizə üz tutan turistlərin sayında da artım yox, azalma, geriləmə yaşanardı. Ancaq biz nəinki ildən-ilə, hətta, gündən-günə artan, çoxalan turist sayını müşahidə etməkdəyik.

Deməli, ölkəmiz sabitdir, təhlükəsizdir, terrordan uzaqdır. Bu, bizim uğurumuz, üstünlüyümüzdür və bunu da daim qorub, saxlamalıyıq. Hesab edirəm və inanıram ki, məhz belə də olacaq. Azərbaycan dünyanın təhlükəsiz, sabit, inkişaf yolunda olan bir ölkəsi kimi bundan sonra da  daim irəliyə doğru gedəcək, onu yenidən qaranlığa, qeyri-müəyyənliyə, xaosa sürükləmək, qaytarmaq mümkün olmayacaq”.

Millət vəkili Eldəniz Səlimov öz növbəsində həmkarları kimi düşünür.

Hesab edir ki, Azərbaycan bu gün gerçəkdən də dünyanın ən stabil, ən təhlükəsiz ölkələrindəndir:

“Bunu özü də təkcə biz demirik, iddia etmirik, bunu Azərbaycana gələn ən yüksək səviyyəli nümayəndə heyətləri, dövlət və hökumət başçıları, digər kateqoriyalardan olan xarici qonaqlar, beynəlxalq ekspertlər, rəy və sorğu mərkəzləri də deyir, dilə gətirirlər. Onlar açıq şəkildə Azərbaycanın inkişaf yolunda inamla irəliləyən ölkə və bu irəliləyişə, bu inkişafa da məhz sabitlik və təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi ilə nail olduğunu bəyan edirlər.

Həm də görünən kəndə nə bələdçi?! Hər şey göz önündədir. Desələr də, deməsələr də, etiraf etsələr də, etməsələr də, fakt faktdır, reallıq reallıqdır. Azərbaycan özünün müstəqil dövlətçilik xətti və siyasəti ilə son 26 ildə, xüsusilə, 2003-cü ildən bu yana sabit, təhlükəsiz inkişafına nail ola, inkişafını, sabitliyini, təhlükəsizliyini təmin edə, gerçəkləşdirə bilib.

Hər gün demək olar ki, bir-birini əvəzləyən regional və beynəlxalq səviyyəli önəmli tədbirlər, toplantılar, forumlar, yarışlar bunun əyani və bariz nümunəsidir. Dünya kifayət qədər açıq və şəffafdır, yəni, harada nə olduğunu, nə baş verdiyini, nələr yaşandığını və yaşana biləcəyini ayırd, müəyyən etmək indi kiməsə çətin deyil.

İki-üç dəqiqiyə müasir informasiya- kommunikasiya texnologiyalarının köməyi ilə hər bir məlumatı, hər bir durumu ətaraflı şəkildə toplamaq, öyrənmək mümkündür.

Odur ki, Azərbaycanın təhlükəsizliyi və sabitliyi ilə bağlı kimsə əndişə keçirməsin. Hər şey yolunda və qaydasındadır. Azərbaycan sabit və təhlükəsiz bir ölkə kimi dünyaya örnək, nümunə olmağa davam etməkdədir”.

Digər millət vəkili Kamilə Əliyeva isə bildirib ki, Azərbaycan bu gün bir çox sahələrdə və bir sıra məsələlərdə dünyaya örnək, nümunədir:

“Azərbaycan milli və dini tolerantlıq mərkəzi kimi artıq illərdir dünyaya örnəkdir, nümünədir. Azərbaycan illərdir dünyaya milli və dini tolerantlıq modelini nümayiş etdirir. Azərbaycan artıq bir necə ildir ki, dünyanın siyasi, iqtisadi, mədəni, hərbi, humanitar dialoq məkanıdır. Son illər ölkəmizdə bir-birinin ardınca keçirilən, ən yüksək səviyyədə reallaşdıralan siyasi toplantılar, mədəni, humanitar forumlar, musiqi və idman yarışları buna əyani nümunədir.

Azərbaycan istənilən tədbirə uğurla və layiqincə ev sahibliyi edir. Bugünlərdə Azərbaycan daha bir möhtəşəm tədbirə, UEFA Avropa Liqasının final qarşılaşmasına ev sahibliyi edəcək və bütün təxribatçı addımlara rəğmən, öz istədiyinə nail olacaq, bu yarışı yüksək səviyyədə təşkil etməklə, bir daha özününün necə sivil bir məmləkət olduğunu dünyaya nümayiş etdirəcək.

Misalların, nümunələrin sayının çoxaltmaq da olar, amma hesab edirəm ki, mənzərini təsvir və təsəvvür etmək üçün bunlar da yetərlidir, kifayətdir. Təbii ki, bunlar da boş-boşuna, elə-belə baş verməyib. Bunlar Azərbaycanda yaradılan, təmin edilən sabitlik, təhlükəsizlik və inkişaf sayəsində mümkün olub.

Bu istiqamətdə daha nələr lazım olacaqsa, onu da edəcəyik, özü də kimlərinsə istəyi, arzusu, diqtəsi ilə deyil, öz istəyimizlə, öz könüllü seçimimizlə”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Onlar kimin varisləridir? – DEPUTATDAN SƏRT SUAL – YENİLƏNİB – (1)

Read Next

Prezident Çex Parlamentinin Deputatlar Palatasının sədrini qəbul etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir