“Sabitlik hər bir valideyndə öz uşaqlarının gələcəyinə arxayınçılıq hissi yaradır” – VİTSE- PREMYER – FOTOLAR -YENİLƏNİB

 Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov sentyabrın 21-də İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirib.

Etikxeber.az xəbər verir ki, görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, MM-in komitə sədri Eldar İbrahimov, MM-in deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova tədbirdə giriş sözü ilə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib.

Qeyd olunub ki, Dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində İsmayıllı rayonunda da geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, rayon iqtisadiyyatı və aqrar sahə inkişaf etdirilir. İsmayıllı gənclər rayonun inkişafında, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər.

***

eldar-is

eldar-is-1

Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. Əli Əhmədov deyib ki, gənclərin təhsil alması, işləməsi, istirahət etməsi, gənclərimizin qayğısız böyüməsi üçün, layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şərait yaradılıb:

“Yeni Azərbaycan Partiyası hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. Bütövlükdə hesab edirəm ki, YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında ictimai-siyasi həyatda partiyamızın yaxından iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər”.

Əli Əhmədov qeyd edib ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyanın gənclərinin də rolunun artması bizi sevindirir:

“Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın sıralarında gənclərimizin sayı artır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Partiyamızın 700 mindən çox üzvü var və onların 40 faizə qədəri gənclərdən ibarətdir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini partiyamızla bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər”.

Bu gün Azərbaycanın öz tarixinin ən gözəl dövrünü yaşadığını deyən Əli Əhmədov bildirib ki, ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir. Sabitlik, əmin-amanlıq hər bir ailədə, hər bir valideyndə öz uşaqlarının gələcəyi üçün arxayınçılıq hissi yaradır. Dövlət özünün ən müqəddəs vəzifələrindən olan insanların təhlükəsizliyini qətiyyətlə təmin edir. Vətəndaşların rifahı, xoşbəxt gələcəyi üçün imkan və şarait yaradılır. Məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa olunur. Vaxtilə insanları narahat edən problemlər aradan qaldırılır.

Ölkəmizdə gənclərin inkişafı, təhsili, məşğulluğu, eləcə də idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edən YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, gənclərimiz xoşbəxtdirlər ki, Azərbaycanın bu gözəl dövründə böyüyür, təhsil alır, ölkəmizin tərəqqisində və inkişafında öz xidmətlərini göstərirlər. Gənclər dövlətimizi sevməli, onun yolunda mübariz olmalıdırlar.

Gənclərlə görüşdə MM-in deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, eləcə də gənclərin nümayəndələri çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin uğurlarından bəhs ediblər.

Etikxeber.az

Read Previous

Müdafiə naziri cəbhəboyu zonada hərbi hissələrdə olub – FOTOLAR

Read Next

YAP-ın Şirvan bölgəsi üzrə təşkilat sədrlərinin müşavirə keçirildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir