Sabunçu Gənclər Evində bu dəfə-BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ ELÇİN HƏSƏNOVA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ… – FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızının Şəhidlərlə bağlı daha bir təqdimatı-tədbiri olub.

Etikxeber.az xəbər verir ki, Sabunçu Gənçlər Evində keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı tədbir Füzuli rayonunun Arış kəndindən olan Birinci Qarabağ Savaşı Şəhidi Həsənov Elçin Əvəz oğlunun xatirəsinə həsr olunub.

Tədbirdə Şəhid ailələri, Qazilər, Füzuli rayonunun məsul şəxsləri, ziyalılar, media nümayəndələri, Elçin Həsənovun ailə üzvləri, doyüş yoldaşları,dostları iştirak ediblər.

Tədbirdə öncə mərhum dövlət başçısı Heydər ƏliyevŞəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra çıxışlar başlayıb.

Çıxış edənlər Elçin Həsənovun İgidliyi və Qəhrəmanlığından, Vətənpərvərliyindən bəhs ediblər.

Doğmalarına Allahdan səbr və dözüm diləyiblər.

Əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını ifadə ediblər.

Qeyd edək ki, Elçin Həsənov 05.07.1970-ci il tarixində dünyaya gəlib.

05.06.1993-cü il tarixində isə Şəhidlik zirvəsinə ucalıb.

Nur içində yatsın!

Etikxeber.az

Read Previous

Kopenhagen Zirvəsi bir daha göstərdi ki, Azərbaycan təkcə enerji təminatçısı deyil, həm də regional sabitliyin və strateji əməkdaşlığın açar ölkəsidir-AZAY QULİYEV

Read Next

Şəhid Səməndər İsmayılzadənin bacısı oğlu, Şəhid Elvin Məmmədovun qardaşı oğlu dünyaya gəldi-HƏR İKİ KÖRPƏYƏ ŞƏHİDLƏRİN ADLARI VERİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir